Polis şöbəsindəki intiharla bağlı - RƏSMİ AÇIQLAMA


16:37     21 Avqust 2015 100262.jpg

Daxili İşlər Nazirliyi Mingəçevirdə polis şöbəsində intihar edən Bəhruz Hacıyevlə bağlı məlumat yayıb.


DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, avqustun 20-də Mingəçevir sakini Bəhruz Hacıyev şübhəli şəxs qismində Şəhər Polis Şöbəsinə gətirilib:

"İnzibati binadakı xidməti otaqlardan birində əməkdaşlar tərəfindən dindirilən B.Hacıyev, qəfildən özünü pəncərədən aşağı atıb və dərhal vəfat edib. Mərhumun yaxın qohumlarının iştirakı ilə məhkəmə tibbi ekspertizasında müayinə olunan meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. İstintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 1317