Oğlunun əvəzinə işə gedən ata qəfildən öldü


15:34     08 İyul 2017 meyit05.jpg

Gəncə sakini qəfildən ölüb.


Femida.az APA-ya istinadən verdiyi məlumata görə, şəhərin Təbriz küçəsində yaşayan 1964-cü il təvəllüdlü Əliyev Mobil Əliqulu oğlu bu gün səhər saatlarında ticarət mərkəzində satıcı işləyən oğlunun əvəzinə işə gedib. İş yerinə çatan kişinin səhhəti anidən pisləşib, ağız və burnunda qan gəlməyə başlayıb. O, dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1479