Artırılan eyvanların hamısı söküləcək – Rəsmi


18:15     21 Avqust 2015 123456.jpg

Bakıda Sovet dövründə tikilən binalara edilən əlavələrin hamısı söküləcək.


Femida.az xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin "Tikintiyə nəzarət” şöbəsindən bir neçə gündür binalara sonradan edilən əlavə balkonların sökdürülməsinə münasibət bildirərkən deyiblər.

BŞİH-dən verilən məlumata görə, dünən Yasamal rayonu ərazisində yaşayış binalarının artırılmış balkonları tam qanun çərçivəsində merin tapşırığına uyğun olaraq sökülüb.

Ərazidə aparılan abadlıq işlərilə bağlı Nərimanov heykəlinin yanından Vergilər Nazirliyinin arxasına qədər, rayonun A.Ağayev küçəsində abadlıq işləri aparılıb. İşlərə uyğun olaraq ərazidə yerləşən binalarda artırılmış balkonlar sökülüb. Bu addım həm təhlükəsizlik, həm də şəhərin görünüşünə xələl gətirməyin qarşısını almaq məqsədilə atılıb.

Artırılma balkona görə verilən sənədlər də əslində qanuni deyil. Çünki Sovet dövründə tikilən binanın infrastrukturuna heç bir dəyişiklik etmək olmaz.

Bakı meriyasından onu da əlavə etdilər ki, gələcəkdə də, abadlıq aparılacaq digər ərazilərdə belə hallar olarsa, mütləq qarşısı alınacaq:

"Əgər hansısa ərazilərdə abadlıq işləri aparılacaqsa və artırılma balkon, yaxud hansısa dəyişiklik aşkarlanarsa, o zaman müvafiq tədbirlər görüləcək. Artırılma balkonlar söküləcək”.

Açar sözlər:

Oxunub: 810


Oxşar xəbərlər