Səyyar ASAN xidmət 3 şəhərə gedir


14:30     10 İyul 2017 seyyar%20asan8.jpg

Səyyar ASAN xidmət 10- 29 iyul tarixində Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 10-19 iyul tarixində Qaradağ rayonunun Ələt qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.


Qurumun mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, həmçinin, səyyar avtobuslar 29 iyun – 28 iyul Xaçmaz şəhərində, 29 iyun – 13 iyul Abşeron rayonunun Qobu qəsəbəsində, 7 – 31 iyul İsmayıllı və Lerik rayonlarında, səyyar “ASAN qatar” isə 5 – 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1519