Qara dənizdə gəmilərimizin sayı 4 oldu


21:17     21 Avqust 2015 c44d4d120bc8.jpg

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Qara dəniz hövzəsində quru yüklərin daşınması ilə məşğul olan gəmilərin sayını 4-ə çatdırıb.


Femida.az xəbər verir ki, bu barədə QSC-nin saytında yerləşdirilən xəbərdə deyilir.

Məlumatda bildirilir ki, 3000 ton yükgötürmə qabiliyyətinə malik "Teymur Əhmədov" gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz - Aralıq dənizi hövzəsində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq.

Xatırladaq ki, "Teymur Əhmədov" gəmisindən başqa, Qara dənizdə "Qaradağ", "Natavan" və "Üzeyir Hacıbəyov" gəmiləri fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 794