Paytaxt sakinini döyüb soydular


21:26     21 Avqust 2015 dava6.jpg

Nəsimi rayonu ərazisində paytaxt sakini Ə.Quliyevi döyərək pulunu və üzüyünü almış şəxslər tutulublar.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyərək, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulublar.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 694