“Ermənistana elə zərbələr vuracağıq ki, taktikadan istifadə edə bilməyəcək” - Polkovnik


01:38     15 İyul 2017 ilqareliyev_1500050075.jpg

"Azərbaycan ultramüasir silahları çox pulumuz olduğuna görə yox, Ermənistanla uzun müddətli müharibə aparmaq niyyətində olmadığına görə alır. Müharibə ani, kövrək müdafiə xəttinin bütün dərinliyi üzrə "yandırılmış ərazilər taktikası" prinsipi ilə olacaq".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki İlqar Əliyev bir müddət əvvəl Arkadi Ter-Tadevosyanın Azərbaycan əhalisinin lazım gələcəyi təqdirdə silaha sarılacağına şübhə etməsi ilə bağlı fikrini şərh edərkən deyib.

"Sənin müasir müharibə və döyüş aparılması üzrə hazırlığına "iki" qiymət. Özün bacarmırsansa, yanındakılardan xahiş et, səni ayıltsınlar və XXI əsrə keçəsən. İndiki dövrdə insan amili ikinci plana keçib. İndi təkmilləşmiş kəşfiyyat-texniki komplekslər və atəş nöqtəsini vurma sistemlərinin dövrüdür.

Biz sizin qaçmağa yönəlmiş əsgər və zabitlərinizin dözümlülüyünün nümayişi ilə bağlı səylərinizi asanlaşdıracağıq. Sizə elə zərbələr vuracağıq ki, heç bu taktikadan istifadə edə bilməyəcəksiniz. Bax, o zaman insan amili işə düşəcək və Azərbaycan əsgəri boş qalmış mövqelərdə və boşaldılmış kənd və şəhərlərdə addımlayacaq", - ehtiyatda olan polkovnik deyib.

"Azərbaycan çoxmillətli dövlətdir. Yadda saxla: mən talışam, ləzgiyəm, avaram, kürdəm, türkəm, tatam, yəhudiyəm, rusam, gürcüyəm, malakanam, özbəyəm, qazaxam, türkmənəm... Yekunda isə hamımız azərbaycanlıyıq və dövlətimizin hər bir nümayəndəsi bunu Yaradanın hədiyyəsi olaraq qəbul edir!", - İ.Əliyev bildirib.

Açar sözlər:

Oxunub: 18418