Dövlətə xəyanətdə ittiham olunan şəxsdən xəbər var


15:43     15 İyul 2017 1429886643_mehkeme-texir.jpg

Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini İnqilab Əhədov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.


Femida.az-ın xəbərinə görə, iş Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılacaq.

Məhkəmənin ilkin baxışı iyulun 18-nə təyin edilib.

Ötən il yanvarın 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda bildirilir ki, xarici ölkəyə casusluq edən Azərbaycan vətəndaşını həbs edilib. Azərbaycan vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən olunub. Bununla əlaqədar İnqilab Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 27 yanvar 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Əhədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 730


Oxşar xəbərlər