Ermənilərin yaraladığı qadının vəziyyəti kafidir

Ermənilərin yaraladığı qadının vəziyyəti kafidir


19:20     15 İyul 2017 yaraliselminaz_1499328028_1499432328_1499752475_1500103903.jpg

İyulun 4-də Ermənistan silahlı bölmələrinin Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan kənd sakini Səlminaz Quliyevanın vəziyyəti kafidir.


Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov bildirib ki, Səlminaz Quliyeva döş qəfəsinin və sol süd vəzisinin çoxsaylı qəlpə yarası diaqnozu ilə ərazidəki hərbi hospitala gətirilib və lazımi tibbi yardım göstərilib. Hospitalda süd vəzisinin əməliyyatı aparılıb və qəlpə çıxarılıb. Vəziyyəti nəzərə alaraq, iyulun 7-dən Horadiz şəhər xəstəxanasına köçürülən S.Quliyevanın müalicəsi davam etdirilir. Hazırda xəstənin vəziyyəti kafidir.

Yaralı Səlminaz Quliyeva AZƏRTAC-ın müxbirinə bildirib ki, vəziyyəti getdikcə yaxşılaşır. O, onunla maraqlandığına, diqqət göstərdiyinə görə hər kəsə, o cümlədən həkimlərə minnətdarlığını ifadə edib.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində Alxanlı kəndinin sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub.

Açar sözlər:

Oxunub: 604