Avtobuslarında gediş haqqı artırılmayacaq - Rəsmi açıqlama


18:26     15 İyul 2017 avtobus0.jpg

“Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin artması şəhərdaxili sərnişin avtobuslarının gediş haqqı qiymətinə təsir etməyəcək.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Femida.az -a deyib.

O bildirib ki, “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinin artmasına baxmayaraq, şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

Onun sözlərinə görə, hazırda Bakı Nəqliyyat Agentliyində marşrut xətləri üzrə sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir və benzinin qiymətinin artması yalnız fərdi avtomobilləri olan şəxslərə təsir edə bilər. İctimai nəqliyyat sektorunda dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunduğuna görə bu sahədə qiymətlər sabit qalacaq.

Qeyd edək ki, iyulun 14-də Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il iyulun 15-dən qüvvəyə minib.

Femida.az

Açar sözlər:

Oxunub: 3422


Oxşar xəbərlər