Ramil Səfərov Aygün Kazımovanın konsertində - FOTO

Ramil Səfərov Aygün Kazımovanın konsertində - FOTO


15:31     22 Avqust 2015 822510.jpg


Azərbaycanlı zabit Ramil Səfərov xalq artisti Aygün Kazımovanın “Ayrılarmı könül candan” adlı konsertinə qatılıb.


Femida.az xəbər verir ki, gecəyə dostları ilə qatılan zabiti cangüdənlər müşayiət edib. R.Səfərovun fotolarının çəkilməsinə icazə verilməsə də, əməkdaşımız hərbçinin bəzi şəkillərini lentə ala bilib.

Gecədə digər tanınmış şəxslər də iştirak edib.


Qeyd edək ki, xalq artisti səhnəyə transparan köynək və qısa şortda çıxıb. İlk olaraq “Coffee from Colombia” mahnısını səsləndirən Kazımova daha sonra qonaqları salamlayıb:

“Xoş gəlmisinz, canlarım. Bu gün sizlərə əsl şou göstərəcəm. Sizinlə birlikdə həm oxuyacam, həm rəqs edəcəm. Yanımda olduğunuz üçün təşəkkür edirəm”.

Xatırladaq ki, konsert Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançıların şərəfinə keçirilib.( axşam.az)


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3802