Azərbaycanlı məmurun meyiti tapıldı (FOTO)
16:03 22 Avqust 2015
Sumqayıtda mənzildən 35 yaşlı kişinin meyiti tapılıb.
Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində 1980-cı il təvəllüdlü Sadıxzadə Rüstəm Davud oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı R.Sadıxzadənin vəfat etdiyi müəyyən olunub.
Qeyd edək ki, Rüstəm Sadıxzadə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri idi. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Oxunub: 1319
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycanlıların reaksiyası yekdil deyil - Ekspertdən İran hadisələrinə ŞƏRH
- Azərbaycanlı biznesmen və oğlunun meyiti ölkəyə gətirildi - VİDEO
- Azərbaycanlı deputatlar məşhur Liv Hospitalında
- Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü - FOTOLAR
- Azərbaycanlı biznesmen avtobusun qarşısını kəsib, sürücünü bıçaqladı
- Azərbaycanlılar Rusiyada milyonluq kompleks aldı
- Azərbaycanlıların Ermənistandan deportasiyasından 29 il ötür
- Azərbaycanlı biznesmen və oğlu faciəvi şəkildə öldü - FOTOLAR