Liftdə bədbəxt hadisə: yaralılar var


18:47     22 Avqust 2015 364259.jpg

Bakının Yasamal rayonunda yerləşən binada liftin zəncirinin qırılması nəticəsində üç nəfər xəsarət alıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 21-də Yasamal rayonu D.Bünyadzadə küçəsindəki 175 "E" ünvanda olan binadakı liftin zənciri 2-ci mərtəbədə qırıldığından 1-ci mərtəbəyə düşüb.

Nəticədə liftdə olan paytaxt sakinləri Səmayə Salayevaya, Məlahət Məmmədovaya və Şərur rayon sakini Zemfira Hüseynovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Açar sözlər:

Oxunub: 1149