Sarkisyan konstitusiyanı niyə dəyişir?


18:54     22 Avqust 2015 sarkisyan.jpg

Ermənistan prezidenti Serj Sarkisyan Konstitusiyada islahatalar layihəsini parlamentə təqdim edib. Prezident yanında Konstitusiya islahataları üzrə Komissiya layihənin hazırlanmasını başa çatdırıb.


Femida.az xəbər verir ki, Ermənistan prezidentinin parlamentdə konstitusiya islahatları üzrə rəsmi nümayəndəsi olaraq ekspert komissiyasının üzvü Vardan Poqosyan təyin edilib.

Gələn həftədən Ermənistan prezidenti respublikanın siyasi qüvvələrinin nümayəndələri ilə konstitusiya dəyişiklikləri layihəsində qeyd edilmiş yanaşmaları müzakirə etmək üçün iclasların keçirilməsini planlaşdırır.

Prezident həmçinin ekspert komissiyasına AŞPA-nın Venesiya Komissiyası ilə razılaşdırılmamış məsələlər üzrə dialoqun davam etdirilməsini tapşırıb.

Qeyd edək ki, Ermənistanda yeni konstitusiya layihəsi qəbul olunsa seçkilər proporsional sistem əsasında keçiriləcək.

Artıq qanun layihəsinin birinci yeddi maddəsi mətbuatda dərc edilib. Yeni Konstitusiya layihəsinə əsasən, Milli Məclis beş ilə seçilir. Proporsional sistem əsasında keçirilən səsvermədə minimum 101 deputatın səsi tələb olunur. Seçkilər nəticəsində heç bir siyasi qüvvə parlamenti formalaşdırmağa müvəffəq olmursa, onda ikinci tur keçirilir ki, bu turda səslərin ən çoxunu yığmış iki partiya və ya partiya bloku iştirak edir. Parlamenti formalaşdıran partiyalar ölkənin baş naziri vəzifəsinə namizəd irəli sürməyə və hökumətin güman edilən proqramının əsas bəndlərini təqdim etmək hüququna sahibdir.

Yeni qanun layihəsinə əsasən indi 5 ilə seçilən prezident 7 illik müddətə seçilir. Bundan başqa yeni Konstitusiyada prezident seçkilərinə də dəyişiklik edilib. Belə ki, indiki sistemdən fərqli olaraq dövlət başçısını xalq yox, parlament seçir. Prezidentliyə namizəd olmaq üçün səslərin minimum 1/5-i lazımdır. Seçici səslərinin 3/5-nü almış namizəd prezident seçilir.
Bundan başqa yeni qanun layihəsi baş nazirə bir neçə əlavə səlahiyyət verir. Məsələn, hərbi vəziyyət zamanı baş nazir Ali Baş Komandan olur. İndi isə Ali Baş Komandan prezidentdir.

Açar sözlər:

Oxunub: 1006