Olimpiya çempionu qəza törətdi - Ana və oğul komaya düşdü
15:43 20 İyul 2017
Həndbol üzrə olimpiya çempionu avtomobili ilə ana və oğlunu vurub.
Femida.az -ın "Report"a istinadən xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Ü.Məmmədova 1-ci dərəcəli koma vəziyyətindədir.
Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Qeyd edək ki, hadisəni törədən sürücü Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.
Femida.az
Oxunub: 2080
Oxşar xəbərlər
- Olimpiya Stadionu azarkeşlərə müraciət etdi
- Olimpiya Stadionu ilə bağlı təklifə `Qarabağ`dan CAVAB
- Olimpiya çempionuna cinayət işi açıldı - Ölüm hadisəsinə görə
- Olimpiya Stadionu SOCAR-dan alındı
- Olimpiya çempionu ölü tapılıb
- Olimpiya təqaüdünün məbləği artdı - FƏRMAN
- Olimpiyaçımızda dopinq aşkarlanıb
- Olimpiya çempionumuz 1/4 finalda
- Olimpiya məşəlini daşıyan həkim öldü
- Olimpiyadada ŞOK: 44 idmançı “gey” və “lezbiyan” çıxdı