Eldəniz Quliyev həbs edilir


18:41     01 May 2015 444444444444444444444.jpg

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev həbs oluna bilər. Buna səbəb E.Quliyevin məhkəmə tərəfindən ona kəsilən cəriməni ödəməkdən imtina etməsidir.


“Bu günlərdə Apellyasiya Məhkəməsi məsələ ilə bağlı qərar verdi və Nəsimi Rayon Məhkəməsinin hökmünü təsdiqlədi. Bu isə, öz növbəsində o deməkdir ki, biz Ali Məhkəməyə müraciət etsək də bu cəriməni ödəməliyik. Mənim isə bu qədər vəsaiti ödəmək imkanım yoxdur. İmkanım yoxdursa, deməli, həmin məbləği ödəyə də bilməyəcəm”

Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırılıb. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1037


Oxşar xəbərlər