MTN-nin sabiq şöbə rəisi apellyasiya şikayəti verib


20:28     24 İyul 2017 1429886643_mehkeme-texir.jpg

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərov barəsində olan hökmdən apellyasiya şikayəti verilib.


Bu barədə Femida.az -a V. Ələkbərovun vəkili Hafiz Ələsgərov məlumat verib. O bildirib ki, şikayətə yaxın vaxtlarda Bakı Apellyasiya məhkəməsində baxılacaq.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur.


V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin əlindən alınması barədə qərardad da çıxarıb.

Femida.az

Açar sözlər:

Oxunub: 867