Prezident naziri işdən çıxartdı


14:12     24 Avqust 2015 image22861780_c9797bee433441ba37672b2ab864feb9.jpg

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov enerji nazirini işdən çıxardıb.


Femida.az xəbər verir ki, Enerji naziri Gəldi Saryev işindəki çatışmazlıqlara görə vəzifəsindən azad olunub.

O, 2014-cü ilin yanvarından nazir idi.

Prezident nazirə deyib ki, "Siz 1 ildən çoxdur ki, nazir idiniz və Sizə pis işləməyinizlə bağlı 3 dəfə xəbərdarlıq olunub".

Prezidentin sözlərinə görə, işıq kəsilirdi və bununla bağlı çoxlu şikayət olurdu.

Berdiməhəmmədov bildirib ki, qeydiyyatsız işıq istifadəçiləri, elektrik enerjisindən qanunsuz istifadəsi ilə bağlı istintaq aparılır.

Açar sözlər:

Oxunub: 1024