Bu ölkələrdən Azərbaycana işləməyə gəlirlər - SİYAHI
19:40 28 İyul 2017
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.
Bu barədə Femida.az -a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yerləri Тürkiyə (14 799 nəfər), Gürcüstan (3 286 nəfər) və Rusiya (2 108 nəfər) vətəndaşları tuturlar.
Eyni zamanda sistemdə Özbəkistandan (1 764 nəfər), Hindistandan (1 476 nəfər), İrandan (1 011 nəfər), Çindən (927 nəfər), Banqladeşdən (871 nəfər), Pakistandan (746 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından (715 nəfər), Ukraynadan (610 nəfər), Türkmənistandan (330 nəfər), Filippindən (376 nəfər), ABŞ-dan (264 nəfər), Almaniyadan (250 nəfər), Qazaxıstandan (264 nəfər), İtaliyadan (216 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.
2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.
Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 iyul 2017-ci il tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib.
Femida.az
Oxunub: 3321
Oxşar xəbərlər
- Bu yola girənlər DİQQƏT - CƏRİMƏ olunacaqsız
- Bu günə olan HAVA PROQNOZU
- Bu günün hava proqnozu
- Bu şəxslərin maaşı artırıldı
- Bu il vərəmdən ölənlərin sayı azalıb
- Bu gündən 5 günlük tətil başlayır
- Bulvarda atəşfəşanlıq olacaq? - Meriyadan AÇIQLAMA
- Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
- Bu il 266 uşaqda kardiocərrahiyyə əməliyyatı icra edilib
- Bu yollarda güclü tıxac var - SİYAHI