Ziya Məmmədov vətəndaşları dinləyəcək


16:54     24 Avqust 2015 ziya_mamadov_11042015.jpg

Nəqliyyat naziri Ziya Məmmədov avqustun 28-də Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.


Görüşdə Qəbələ, İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər. Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, vətəndaşların qəbulu zamanı onların müraciətlərinə baxılacaq, mövcud nəqliyyat problemləri araşdırılacaq və həll ediləcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı avqustun 26-da saat 09:00-dan 18:00-dək aparılacaq.

Açar sözlər:

Oxunub: 1025