Lerikdə cəbhəxana tapıldı


20:00     03 Aprel 2015 silah-sursat_-_guns_200215.jpg

Lerik sakininin mənzilində xeyli sayda silah-sursat aşkar edilib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nurəvud kənd sakini Qurbanəli Babayev həbs edilib.

 
Onun evindən 1 ədəd nömrəsi silinmiş “Naqan” markalı tapança, 1 ədəd kustar üsulla hazırlanmış tapança, 1 ədəd idman tapançası, 1 ədəd qundağı kəsilmiş və 3 ədəd lüləsi kəsilmiş və nömrəsi silinmiş ov tüfəngləri, 3 ədəd kustar üsulla hazırlanmış bıçaq, 67 ədəd müxtəlif çaplı patron, 1,5 kiloqram qırma, 75 ədəd giliz və tüfəng üçün lülə və qundaqlar aşkar edilərək götürülüb.


Femida.az 

Açar sözlər:

Oxunub: 1457