Bakıda yarmarkalar təşkil ediləcək


17:32     24 Avqust 2015 meyveler.jpg

"Bakı şəhəri ərazisində ləğv edilən yarmarkalar yenidən təşkil ediləcək".


Femida.az xəbər verir ki, bunu bizimyol.info saytına Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

O bildirib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir: "Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə ünvanların dəqiqləşdirilməsi prosesi gedir.

Ünvanlar dəqiqləşdikdən sonra yarmarkalar fəaliyyətə başlayacaq və vətəndaşlara bu barədə əlavə məlumat veriləcək".

Açar sözlər:

Oxunub: 1183