40-dan çox talibançı məhv edilib


22:07     30 İyul 2017 photo_67853.jpg

Əfqanıstanın şimalında və şərqində baş verən toqquşmalar nəticəsində “Taliban” hərəkatının 40-dan çox yaraqlısı məhv edilib, 8 talibançı yaralanıb.


TASS-ın yaydığı xəbərə görə, toqquşmalar talibançıların təhlükəsizlik qüvvələrinin mövqelərinə hücumu nəticəsində yaranıb. Təhlükəsizlik qüvvələrindən bir nəfər həlak olub, iki nəfər yaralanıb. Ölkənin dörd yaşayış məntəqəsinin talibançılardan təmizlənməsi əməliyyatları davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1103


Oxşar xəbərlər