Neftin qiyməti 52 dollara yaxınlaşır


13:30     31 İyul 2017 1437028799_neft.jpg

Dünya birjalarında neft bahalaşıb.


Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% artaraq 49,89 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,30 dollar və ya 0,57% artaraq 52,82 dollar olub.

Ticarət sessiyası ərzində WTI markalı neftin 1 barelinin dəyəri mayın 30-dan etibarən ilk dəfə 50 dollar həddini keçib.

Cümə günü aylıq maksimumu yeniləyən Brent markalı neftin qiyməti isə hələ də 52 dollardan yuxarı olaraq qalır.

7-8 avqust tarixlərində Əbu-Dabidə OPEC+ ölkələrinin Texniki komitəsinin iclası keçiriləcək. Görüşdə bəzi ölkələr tərəfindən hasilatın azaldılmasına dair üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1488