OPEC təcili iclas keçirəcək


15:19     31 İyul 2017 OPEK4.jpg

Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv olan və olmayan neft hasilatçıları avqustun 7-8-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu-Dabi şəhərində təcili iclas keçirəcək.


Femida.az xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.

Məlumatda deyilir ki, iclasa Küveyt və Rusiya nümayəndələri sədrlik edəcəklər. Əsas müzakirə obyekti təşkilata üzv ölkələrin öhdəliklərini tam yerinə yetirməməsi məsələsi olacaq.

İclasa dəvət olunan ölkələrin hamısı hələ ki, iştirak edəcəklərini təsdiqləməyiblər. OPEC-in monitorinq komitəsinə üzv olan Əlcəzair və Venesuela böyük ehtimalla iclasa qatılmayacaq.

Beynəlxalq Energetika Agentliyinin (İEA) məlumatına görə, bu iki ölkə öz öhdəliklərinə orta hesabla, müvafiq olaraq 70% və 39% əməl edib. Digər problemli ölkələr isə İraq və BƏƏ-dir ki, onlar da öhdəliklərini müvafiq olaraq 29% və 60% yerinə yetiriblər.

İEA-dan verilən məlumatda həmçinin bildirilir ki, iyun ayında OPEC+ neft hasilatının azaldılması anlaşması üzrə öhdəlik ümumiyyətlə, 78% yerinə yetirilib. May ayında bu göstərici 95% təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 777