Qarpızdan növbəti zəhərlənmə


14:19     01 Avqust 2017 qarpiz.jpg

Tovuzda zəhərlənmə olub.


Femida.az xəbər verir ki, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1997-ci il təvəllüdlü Qasımov Şöhrət Sakit oğlu zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Məlumata görə, Ş. Qasımov yediyi qarpızdan zəhərlənib.

Qeyd edək ki, ötən ilin avqust ayında da Tovuzda bir ailənin 7 üzvü - Yuxarı Öysüzlü kənd sakinləri, 1962-ci il təvəllüdlü Sitarə Hüseynova, onun övladları, 1992-ci il təvəllüdlü Elvin Həsənov, 1996-cı il təvəllüdlü Tamara Həsənova, 1991-ci il təvəllüdlü Maya Həsənova, kürəkəni 1988-ci il təvəllüdlü Rəşad Kərəmov, nəvələri 4 yaşlı Tural Kərəmli və 8 aylıq Yusif Kərəmli zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilmişdi

Femida.az

Açar sözlər:

Oxunub: 813


Oxşar xəbərlər