Tələbələrə avqustun 27-dək vaxt verildi


23:59     24 Avqust 2015 651367_463655.jpg

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsində qəbul olan şəxslərin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatı 27 avqust saat 17:00-dək uzadılıb


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Femida.az-a verilən məlumata görə, tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Açar sözlər:

Oxunub: 1112