Gürcüstana neçə azərbaycanlı səfər edib?


16:17     03 Avqust 2017 georgia-general2351.jpg

Azərbaycan vətəndaşları Gürcüstana səfər edən əcnəbilər arasında birinci yeri qoruyub saxlayır.


Femida.az-ın məlumatına görə, 2017-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 928,170 nəfər səfər edib. Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze deyib ki, bu göstərici ötən ilin analoji göstəricisindən 8,7 faiz çoxdur.

2017-ci ilin ilk yeddi ayı ərzində Gürcüstana ümumilikdə 3 978 657 əcnəbi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 16,8 faiz çoxdur. Qeyd olunan dövrdə Gürcüstana ən çox səfər edənlər arasında Ermənistan (851,759 nəfər) və Rusiya vətəndaşları (726,214) da yer alıb.

2017-ci ilin təkcə iyul ayında Azərbaycandan Gürcüstana 190, 621 nəfər səfər edib ki, bu da ötən ilin eyni göstəricisindən 13,8 faiz çoxdur. Bu ay ərzində Gürcüstana səfər edənlərin ümumilikdə sayı 982 487 nəfər təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 793