Tovuzda özünü yandıran kişi öldü - YENİLƏNİB


16:57     25 Avqust 2015 1392292644_yanan-adam-yunan-kendini-yakti-benzin0.jpg

Həyat yoldaşının evi tərk etməsinə görə özünü yandıran 28 yaşlı gənc vəfat edib.


Bu barədə Femida.az-a Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov məlumat verib. Baş həkimin sözlərinə görə, ağır yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edən xəstənin durumu ağır olub:

“Bədənin 70 faizi demək olar ki, tamamilə yanmışdı. Dünən gecə radələrində vəfat edib. Hadisənin dəqiq səbəbini bilmirik. Şəxs özü Qazax rayon sakini olub. Bizdə olan məlumata görə, ailə münaqişəsi zəmində özünü yandırıb. Hadisəni qaynatasının həyətində törədib”.

***

Azərbaycanın Qazax rayon sakini Tovuzda özünü yandırıb.

Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Qazax rayon Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.(Apa)

Açar sözlər:

Oxunub: 1696