Venesuelada hərbi bazanı zəbt etmək istədilər


21:29     06 Avqust 2017 venesuaela%20polis.jpg

Bu gün Venesuelanın Valensiya şəhərində hərbi bazanı zəbt etmək cəhdi olub.


Hakim Vahid Sosialist Partiyasının sədr müavini Dosdado Kabelo “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu gün səhər Valensiya şəhərində hərbi bazaya “terror hücumu” olub.

D. Kabelo Fuerte Paramakay hərbi bazasına hücum edən bir neçə terrorçu saxlanılıb və hazırda hərbi baza hökumətin tam nəzarətindədir. O, ölkədəki digər bazalarda normal durumun olduğunu da qeyd edib.

Qeyd edək ki, Venesuelada hərbi bazaya hücumdan bir neçə saat əvvəl özünü kapitan Xuan Kaquaripano kimi təqdim edən şəxsin internetdə videomüraciəti yerləşdirilib. Prezident Nikolas Maduro hakimiyyətinə qarşı “qanuni qiyam” qaldırdıqlarını elan edən X. Kaquaripano bildirib ki, bu, dövlət çevrilişi deyil, Konstitusiya quruluşunu bərpa etmək istiqamətində mülki və hərbi fəaliyyətdir. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 747