Polisdən böyük əməliyyat - HƏBSLƏR VAR


15:42     25 Avqust 2015 ozel-harekat-ic.jpg


Türkiyə polisi İstanbul şəhərində narkotik tacirlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Femida.az-ın məlumatına görə, əməliyyat nəticəsində çox sayda adam saxlanılıb. Səhər saatlarında baş tutan əməliyyata helikopterlər, 400 nəfərlik Çevik Polis Alayı dəstək verib.

Narkotik satmaqda şübhəli bilinən küçə satıcılarının evlərində axtarış aparılıb. Ümumilikdə 90-a yaxın ünvana basqın təşkil olunduğu bildirilir. Saxlanılan şəxslərin evlərindən və göstərdikləri yerlərdən narkotik maddələr və pul götürülüb. Şübhəlilər İstanbul polis İdarəsinə aparılıb.

Əməliyyat Bəyoğlu, Şişli, Eyüp, Qaziosmanpaşa, Kağıthanə səmtlərini əhatə edib.

Açar sözlər:

Oxunub: 1441