Avtobusda dava - Qadın döyüldü


00:15     07 Avqust 2017 qadin%20kisini%20doydu.jpg

Bakıda marşrut avtobusunda dava-dalaş olub.


Femida.az lent.az-a istinadən xəbər verir ki, hadisə 20-ci sahə adlanan ərazi ilə Ələt qəsəbəsi arasında sərnişin daşıyan 195 saylı marşrut avtobusunda qeydə alınıb. 1982-ci il təvəllüdlü Aynurə Aslanova polisə şikayət edərək bildirib ki, qohumu, 28 yaşlı Adışirin Aslanov avtobusda ona hücum edərək döyüb.

Qadının müraciəti əsasında araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1022