`MTN-çi` qadına 13 il iş verildi


16:08     07 Avqust 2017 hebs_qadin_222228.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, A. Akimovanın 13 il, İ. Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses günün ikinci yarısında davam edəcək.

İttihama görə, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Femida.az

Açar sözlər:

Oxunub: 886


Oxşar xəbərlər