Zoğal bağında narkotik bitkilər becərirmiş


17:20     25 Avqust 2015 narkotika.jpg

Şabran rayonunun Zeyvə kəndində zoğal bağında narkotik xassəli bitkilər yetişdirən şəxs tutulub.


Bu barədə Femida.az-a Şabran Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.
Belə ki, rayonun Zeyvə kəndində yaşayan Şıxveyizov Zaur Hətəmpaşa oğlu öz pay torpağında zoğal bağının kolluq hissəsində narkotik bitki olan 15 ədəd çətənə kolu əkib. Məlum olub ki, ümumi çəkisi 900 qram olan həmin kollara aqrotexniki qulluq göstərilərək becərilib.

Bundan başqa, Şabran şəhər sakini Kərimov Səxavət Ağaismayıl oğlu RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 2,624 qr narkotik maddə olan tiryək aşkar edilərək götürülüb. Yaşadığı ünvanda axtarış apararkən isə evindən 695 qram narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1523