700 bal toplayan abituriyentlərlə görüş olub


20:43     25 Avqust 2015 100466.jpg

Bu gün 2014/2015-ci il qəbul imtahanlarında 700 bal toplayan 15 abituriyentlə Bakı Gənclər evində görüş keçirilib.


Femida.az xəbər verir ki, Parlament Jurnalistlər Birliyinin təşəbbüsü və Modern.az xəbər agentliyinin informasiya dəstəyi ilə təşkil olunan görüşdə Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından nümayəndələr, bir sıra millət vəkilləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Parlament Jurnalistlər Birliyi artıq dördüncü ildir ki, hər il qəbul imtahanlarından maksimal bal toplayan tələbələrlə görüş keçirir və bu kimi görüşlərə millət vəkilləri, eləcəcə də digər rəsmi şəxslər dəvət olunur. Bu il qəbul imtahanlarından 700 bal toplayan tələbələrin görüşündə də bu ənənə davam edib. Belə ki, Gənclər Evində təşkil olunan tədbirə millət vəkilləri Məlahət İbrahimqızı, Sahibə Qafarova, Fuad Muradov, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə qatılıblar. Giriş sözündən sonra söz millət vəkili Məlahət İbrahimqızına verilib.

Açar sözlər:

Oxunub: 991