Bakıda içməli su bu günə düşdü - FOTOLAR


21:27     25 Avqust 2015 11937003_868841709859631_1722730790_n5.jpg


Bu gün paytaxt Bakının bir sıra prospektlərində içməli su ilə bağlı problem yaşanıb. Şikayətlər daha çox Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Nəsimi rayonu Dilarə Əliyeva küçələrinin sakinlərindən daxil olub.

Femida.az
-a daxil olan şikayətlərdə sakinlər krandan axan suyun tərkibinin şəffaf olmamasından narahatdır. Oxucuların bizə göndərdiyi fotolardan da aydın görünür ki, suyun görünüşü heç də ürəkaçan deyil. Su kifayət bulanıqdır.

Məsələ ilə bağlı “Azərsu” ASC-i ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, mövcud problemlə bağlı araşdırma aparılıb məlumat veriləcək.







Açar sözlər:

Oxunub: 1723