“Yeni terror aktlarına hazır olmalıyıq“ - Fransua Olland


22:10     25 Avqust 2015 589fc171d2ff5df8503c415cd87857783.jpg

“Fransada yeni terror aktları baş verə bilər və buna hazır olmalıyıq”.

Femida.az xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland ötən cümə günü "Thalys" qatarında baş verən atışma ilə bağlı açıqlamasında deyib.

Xatırladaq ki, avqustun 21-də Amsterdam-Paris sürət qatarında naməlum şəxs atəş açaraq üç nəfəri yaralayıb. Polis hadisəni törətməkdə günahkar bilinən 26 yaşlı Mərakeş əsilli şəxsi saxlayıb.

Olland bildirib ki, ötən cümə günü baş verən hadisə dəhşətli qanlı qətliama çevrilə bilərdi.

Açar sözlər:

Oxunub: 802