İlham Əliyev sərəncam imzaladı


22:18     25 Avqust 2015 8768088.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağcabədi rayonunun Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncama əsasən iyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Açar sözlər:

Oxunub: 1132