Sayt rəhbəri Ramil Usubova müraciət etdi


22:40     25 Avqust 2015 884797.jpg

“Qafqazinfo” saytının rəhbəri Elbrus Ərud (Seyfullayev) “Qafqaznews” və bu qurumun rəhbəri Tağıyev Mahmud Rasim oğlunu məhkəməyə verib.


Bu barədə Femida.az-a “Qafqazinfo.az” xəbər saytı və saytın sahibi Elbrus Ərudun vəkili Adəm Məmmədov məlumat verib.

Nərimanov rayon Məhkəməsindən Elbrus Ərudla bağlı “Qafqaznews” xəbər agentliyi tərəfindən yayılan məlumatların təkzib olunmasının təmin edilməsi, həmçinin onun şərəf, ləyaqətinin, işgüzar nüfuzunun müdafiəsi məqsədi ilə Mahmud Tağıyevdən 100 min manat tutulması istənilib.

“Qafqazinfo”nun rəhbəri Elbrus Ərud isə açıqlamasında bu gün daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova teleqram vurduğunu da əlavə edib: “Qafqaznews-un mənim ünvanıma yazdığı təhqirləri də teleqrama əlavə etmişəm. Çünki o agentlik Mətbuat Şurasının xəbərdarlığından nəticə çıxarmadan məni təhqir etməkdə davam edir. Bunun qarşısının alınması üçün təcili olaraq Ramil Usubov və Zakir Qaralova müraciət etdim”.

Açar sözlər:

Oxunub: 1299