Tiflis-Ağdam avtobusunun partladılmasından 27 il ötür


14:00     10 Avqust 2017 armeni.PNG

Bu gün erməni terrorçularının Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusu partlatmasından 27 il ötür.


Femida.az-ın məlumatına görə, 1990-cı ilin 10 avqustunda Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Cinayəti törətmiş erməni terrorçuları Armen Avanesyan və Mixayil Tatevosov həbs olunub. 1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilib. İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər.

M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 927


Oxşar xəbərlər