Sumqayıtda qadını zorlayaraq öldürən evli imiş...


18:29     10 Avqust 2017 1502356647_d4_41502275883_91502276065-1.jpg

Sumqayıtda 1988-ci il təvəllüdlü Fəttah Nuriyevin 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olduğunu, təcavüz zamanı qadını boğaraq öldürdüyünü xəbər vermişdik.


Femida.az yenicag.az-a istinadən xəbər verir ki, Fəttah Nuriyev şəxs hadisəyə qədər Sumqayıtda fəaliyyət göstərən "Qayalı” marketdə fəhlə kimi çalışırmış. Maraqlıdır ki, qadını zorlayaraq öldürən şəxsin özü evli imiş. O, ötən il ailə həyatı qurub. Fəttahın 9 aylıq uşağı da var.

Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 9396