SOCAR yanacağın qiymətini endirib


00:19     26 Avqust 2015 socarr.jpg

Ukraynanın yanacaqdoldurma məntəqələri şəbəkəsinə sahib olan iri şirkətlər dünya birjalarında neftin ucuzlaşması fonunda istehlakçılara təklif olunan yanacağın qiymətini aşağı salıb.


Femida.az Ukraynanın UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə "A-95" konsaltinq qrupunun həyata keçirdiyi monitorinqin nəticələrində qeyd olunur.

Məlumata görə, avqustun 21-25-i "Amic", "Shell", Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), WOG, OKKO kimi YDM şəbəkəsinə sahib olan iri şirkətlər yanacağın qiymətlərini təqribən 0,50-0,60 Ukrayna qrivnası aşağı salıb.

"Dizel yanacağının qiymətində müşahidə olunan qiymət enməsi artıq benzinin qiymətinə də təsir edib", - deyə məlumatda vurğulanır./apa/

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, 1 Ukrayna qrivnası 0,0467 manatdır.

Açar sözlər:

Oxunub: 898