Gədəbəydəki qətlin üstü açıldı - 23 yaşlı oğlan tutuldu

17:09     10 Avqust 2017 qoca%20qadin%20aglayir%20doyul.jpg

Gədəbəydə ötən il törədilən qətlin üstü açılıb.


Femida.az-ın məlumatına görə, məlum hadisə 2016-cı ilin dekabr ayında rayonun Qasımlı kəndində qeydə alınıb. Kənd sakini, 1946-cı il təvəllüdlü Səmayə Məmmədova yaşadığı evdə küt alətlə qətlə yetirilib.

Gədəbəy rayon Polis Şöbəsi və rayon Prokurorluğu əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin elə həmin kənd sakini, 1994-cü il təvəllüdlü Babək Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

B. Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 3625