Çingiz Abdullayev: “İstefa verməyəcəyəm”


01:10     26 Avqust 2015 cingiz.jpg

“Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilmiş “Neftçi” - “Sumqayıt” matçında qazanılmış qələbə münasibətilə komanda üzvlərini təbrik edib.


Klubun rəsmi saytında verilən məlumata görə, o, bildirib ki, çempionata istədikləri kimi başlamayıblar, amma bu qələbə uğurun başlanğıcı ola bilər: `İnanıram ki, komandanın göstərdiyi nəticələr yüksələn xətlə davam edəcək. Təbii ki, əsas heyətimizdən 9 futbolçusunun yığma komandamıza çağırıldığını da qeyd etməliyəm. İstərdik ki, onlar milli komandadakı uğurlu çıxışı ilə bizi sevindirsinlər və orada möhkəmlənsinlər".

Çingiz Abdullayev Müşahidə Şurasından istefa vərəcəyi ilə bağlı bəzi KİV-də yayılmış xəbərlərə də münasibət bildirib: "Bu, söz-söhbətdən başqa bir şey deyil. Belə şayiələrə fikir verməyin heç bir əhəmiyyəti yoxdur. Əgər bundan nigaran olanlar varsa, bilsinlər ki, mən öz vəzifəmin başındayam və bütün proseslərə tam nəzarət edirəm. Hesab edirəm ki, biz düz yoldayıq və yaxın gələcəkdə bu komanda böyük uğulara imza atacaq".

Açar sözlər:

Oxunub: 903