ABŞ rəsmiləri ADU-da olub


02:35     26 Avqust 2015 cfa487e7-3014-4660-8115-91aa6bf49d88_640.jpg

Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində ABŞ-ın Kanzas ştatının nümayəndə heyəti ilə görüş keçirilib.


ADU-dan Femida.az-a verilən məlumata görə, görüşdə ali təhsil müəssisənin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov, millət vəkili Asim Mollazadə və universitetin professor-müəllim heyəti iştirak edib.

Səməd Seyidov görüşdə qonaqlara universitet haqqında məlumat verib, burada 22 dilin tədris olunduğunu qeyd edib.

Amerikalı qonaqlar öz növbəsində belə görüşlərin ölkələrarası əlaqələrin inkişafında mühüm rol oynadığını bildiriblər.

Görüşdən sonra qonaqlar İnformasiya Resurs Kompleksinin (İRK) fəaliyyəti ilə yaxından tanış olublar.

Açar sözlər:

Oxunub: 694