Misirdə qatar qəzası - ölənlərin sayı 49-a çatdı (YENİLƏNİB)

09:44     12 Avqust 2017 1500213394.jpg

Misirdə qatarların toqquşması nəticəsində ölənlərin sayı 49-a çatıb.


Femida.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

***

21:00

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 120 nəfər xəsarət alıb.

`RİA Novosti` agentliyinin verdiyi xəbərə görə, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Qəza İsgəndəriyyə şəhəri yaxınlığında qeydə alınıb. Qahirə-İsgəndəriyyə marşrutu üzrə hərəkət edən qatar Port Səid şəhərindən qatarla toqquşub. Hadisə nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 1092