Yük maşını ağaca çırpıldı - Yaralanan var


13:25     12 Avqust 2017 trend_kamaz_crash_250912_10.jpg

Qəbələdə yol qəzası baş verib.


Femida.az FHN-ə istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu ərazisində "Kamaz" markalı yük avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:40-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 760