Ramil Quliyev əsgər salamı verdi - VİDEO


13:33     12 Avqust 2017 ekran-resmi-2017-08-12-001233pngsbL1H8rV.png

Londonda keçirilən Yüngül atletika üzrə 16-cı dünya çempionatında Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev qızıl medalını alıb.


Femida.az xəbər verir ki, medalların təqdimat mərasimində Türkiyə himni səslənən zaman Ramil Quliyev əsgər salamı verib. Onun duyğulandığı da diqqətdən yayınmayıb.

Qeyd edək ki, Ramil Quliyev kişilər arasında 200 metr məsafəyə qaçışda dünya çempionu olub. O, 20,09 saniyə nəticə ilə Türkiyəyə ilk qızıl medalı qazandırıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1271