Gürcüstana getmək istəyənlərin nəzərinə!


17:00     12 Avqust 2017 siniq_korpu_menteqe_291215.jpg

Dövlət Gömrük Komitəsi (DGK) "Sınıq Körpü" gömrük postunda gücləndirilmiş iş rejiminə keçib.


Komitədən Femida.az-a verilən məlumata görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq, Azərbaycan-Gürcüstan sərhəddində sərnişinlərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb.

DGK-nın aidiyyati qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq, gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 3033