İşdən çıxarılan qadın intihara cəhd etdi


18:05     12 Avqust 2017 1441444832_sirke_2ru73646646.jpg

Tovuz sakini sirkə turşusu içərək intihara cəhd edib.


Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Dondar Quşçu kənd sakini, 1960-cı il təvəllüdlü Tamella Səfərova sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, T. Səfərova xadimə işlədiyi yerdə işdən çıxarıldığına etiraz edərək sirkə turşusu içib və intihara cəhd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1901